"Azov" alayı Mariupoldakı zirzəmidən paylaşım etdi - VİDEO

 11:39 23.04.2022     689

"Azov" alayı Ukraynanın rus qoşunlarının mühasirəsində olan Mariupol şəhərində mülki şəxslərə yardımını davam etdirir.

Redaktor.az xəbər verir ki, bu barədə "Azov"un teleqram kanalında məlumat verilib.

""Azov" bir alay olaraq Azovstalın zirzəmilərində mülki şəxslərə kömək edir", - deyə paylaşımda qeyd edilib.

Paylaşılan videodan görünür ki, "Azovstal" zavodunun zirzəmisində çox sayda mülki şəxslər sığınıb. Onların arasında uşaqlar daha çoxdur. Uzun müddətdir gün işığı görməyən bu uşaqlar öz evlərinə geri dönməyi arzulayırlar.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi "Azovstal" ərazisi istisna olmaqla Mariupolu tamamilə ələ keçirdiyini bəyan edib.

"Azov" alayı isə təslim olmayacağını bəyan edərək hələ də Rusiya işğalçılarına qarşı müqavimət göstərir. Təkcə ötən gün "Azov" qüvvələri Mariupolda 30 rus hərbçisini və 7 zirehli texnikanı məhv edib.

T.İSMAYIL

 

Vumart və Güvən reklamı Vumart Güvən