ABŞ-ın Ukraynaya ayırdığı hərbi yardım AÇIQLANDI

 13:05 23.04.2022     350

Vaşinqtonun Kiyevə ayırdığı hərbi yardıma 700-dən çox “Switchblade” PUA-sı, 90 ədəd haubitsa və 16 ədəd “Mi-17” təyyarəsi daxildir.

Redaktor.az xəbər verir ki, bu barədə Pentaqonun yaydığı bəyanatda deyilir.

Sənəddə qeyd olunur ki, söhbət artıq Ukraynaya çatdırılan və göndərilməsi planlaşdırılan silah-sursatdan gedir.

Birləşmiş Ştatların Ukraynaya ayırdığı hərbi yardımın ümumi dəyəri aprelin 24-dən bəri 3,4 milyard, yanvar ayından bəri isə 4 milyard ABŞ dolları təşkil edir. Bura 1,4 mindən çox “Stinger” portativ zenit-raket kompleksi, 5,5 mindən çox “Javelin” tank əleyinə raket kompleksi, 14 mindən çox digər tank əleyhinə sistem daxildir.

Vumart və Güvən reklamı Vumart Güvən