Yaponiyada kruiz gəmisi batır

 13:55 23.04.2022     313

Yaponiyanın şimalında yerləşən Hokkaydo adası sahillərində kruiz gəmisi batır.

Redaktor.az xəbər verir ki, bu barədə Yaponiya televiziyası məlumat yayıb.

Gəmidə 30-a yaxın şəxsin olduğu bildirilib. Məlumata görə, onlar xilasedici jiletləri geyərək xilasedicilərin yaxınlaşmasını gözləyirlər. Hadisə yerinə patrul qayıqları və təyyarələr göndərilib.

Qəzanın səbəbi hələlik məlum deyil.

Vumart və Güvən reklamı Vumart Güvən