Ukraynada rusların minlərlə sakini basdırdığı daha bir kütləvi məzarlıq tapıldı

 17:49 23.04.2022     1531

Ukraynanın Mariupol şəhəri yaxınlığında, “Vinoqradnoe” kəndində daha bir kütləvi məzarlıq aşkar edilib.

Redaktor.az xəbər verir ki, orada təqribən 1000 dinc sakinin basdırıldığı ehtimal edilir.

Bunu “Planet”in peyk görüntüləri sübut edir. Aprelin 20-nə aid fotoşəkillərdə kütləvi məzarlığın ölçüsü 45x25 metrdir.

İşğal altında olan qəsəbənin özü Mariupoldan 5-6 kilometr aralıda yerləşir.

 

Vumart və Güvən reklamı Vumart Güvən