Ruslar Severodonetskə hücuma hazırlaşır - Ukrayna Baş Qərargahı

 20:45 23.04.2022     525

Rusiya hərbçiləri Severodonetskə hücuma hazırlaşır.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Donetsk və Tavriçeski istiqamətlərində qarşı tərəfin əsas səyləri Popasnaya, Rubijnoye yaşayış məntəqələrini nəzarətə götürməyə və Severodonetsk şəhərinə hücuma hazırlığa yönəlib", - məlumatda deyilir.

Həmçinin qeyd edilir ki, döyüş əməliyyatları zamanı Maryinka qəsəbəsi ərazisində və əksər digər ərazilərdə Rusiya hərbçiləri uğur qazana bilməyib.

 

Vumart və Güvən reklamı Vumart Güvən