Zelenski və Conson ağır silahlarla bağlı razılığa gəldilər

 21:08 23.04.2022     646

Böyük Britaniya Ukraynanı ağır silahlarla təmin edəcək.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak teleqram kanalında bildirib.

"Prezident Vladimir Zelenski və Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya yeni hərbi yardımı müzakirə ediblər. Bu, bizə ağır silahların verilməsini əhatə edəcək", - Yermak qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən