"Bu halda Ukrayna danışıqlardan çəkiləcək" - Zelenski

 21:12 23.04.2022     559

Ukraynanın Rusiya ilə danışıqlardan çıxmasının bir neçə səbəbi ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski keçirdiyi mətbuat konfransında danışıb.

"Mariupolda insanlar məhv edilərsə, Ukraynanın hər hansı işğal olunmuş ərazilərində referendum elan olunarsa, istənilən danışıqlardan geri çəkiləcəyik. Amma oradakı insanlar bunu bilməli və onlara kömək etməməlidirlər. Bu, Rusiya tərəfindən atılan yanlış addımdır və əvvəlki danışıqların uydurma və sadəcə çox pis aktyorların olduğu bir teatr olduğunu deməyə əsas verir”, - Zelenski bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən