ABŞ dövlət katibi və müdafiə naziri Ukraynaya səfər edəcək

 21:47 23.04.2022     673

ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin sabah Ukraynaya səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev metrosunun stansiyalarından birində keçirdiyi mətbuat konfransında bildirib.

Zelenski deyib ki, Qərb tərəfdaşları daha tez qərarlar qəbul etməyə və yardım göstərməyə başlayıblar.

"Mən xüsusilə ABŞ-dan bu sürət dəyişikliyini görürəm", - Ukrayna lideri deyib.

Vumart və Güvən reklamı Vumart Güvən