Əfqanıstanda son həftə ərzində partlayışlarda azı 50 uşaq həlak olub

 12:42 24.04.2022     537

Son həftə ərzində Əfqanıstanda silsilə partlayışlar nəticəsində azı 50 uşaq həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) məlumatına qeyd olunub.

UNİCEF-in regional direktoru Gorg Larya-Acey rəqəmlərin artmağa davam edəcəyini bildirib. O əlavə edib ki, UNİCEF bütün zərərçəkmiş ailələrə başsağlığı verir.

Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, təkcə aprelin 21-də Əfqanıstanın üç şəhərində silsilə terror aktları baş verib.

Vumart və Güvən reklamı Vumart Güvən