Finlandiya Rusiya elektrik enerjisindən İMTİNA EDİR

 14:30 24.04.2022     290

Finlandiya “Olkiluoto-3” Atom Elektrik Stansiyasının (AES) işə salınması sınaqları zamanı Rusiyadan elektrik enerjisinin tədarükünü dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin elektrik şəbəkəsini idarə edən “Fingrid” şirkəti bildirib.

“Olkiluoto-3 AES”-i aprelin 24-də saat 10:30-da sınaqdan keçirib, şəbəkədə hər şey plana uyğun işləyirdi”, - Finqrid açıqlamasında bildirib.

Həmçinin daimi əsasda Finlandiya şirkəti bazar günündən etibarən Rusiyadan elektrik enerjisi idxalını 1300 MVt-dan 900 MVt-a qədər məhdudlaşdırıb.

Vumart və Güvən reklamı Vumart Güvən