Batan kruiz gəmisində 10 nəfərin öldüyü təsdiqləndi

 16:28 24.04.2022     267

Yaponiyanın şimalında göyərtəsində 26 nəfərin olduğu “Kazu 1” kruiz gəmisinin yoxa çıxmasından bir gün sonra 10 nəfərin cəsədi tapılıb.

Redaktor.az xəbər verir ki, Yaponiyanın baş naziri Fumio Kişida hadisə ilə əlaqədar cənub-qərb prefekturalarına səfərini yarımçıq qoyub və Tokioya qayıdıb.

Ümumilikdə gəmidə iki uşaq, həmçinin kapitan və dənizçi də daxil olmaqla 26 nəfər olub.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, aprelin 23-də “Kazu 1” kruiz gəmisi Yaponiyanın şimalında qəza siqnalı verib. Bütün ekipaj üzvləri və sərnişinlər xilasedici jilet geyiniblər. Hadisə yerinə patrul katerləri və təyyarə göndərilib.

İnsidentin səbəbləri açıqlanmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən