Rusların iki ayda Ukraynada verdiyi itkilər - SİYAHI

 23:11 24.04.2022     2022

Fevralın 24-dən aprelin 24-dək Rusiyanın ordusunun Ukraynadakı döyüş itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı özünün feysbuk səhifəsində məlumat yayıb.

Bildirilib ki, 2 aydır davam edən müharibədə Rusiyanın 21800-ə yaxın hərbçisi məhv edilib.

Bundan başqa, rusların 873 tankı, 2238 zirehli döyüş maşını, 408 artilleriya sistemi, 69 Zenit-raket sistemi, 147 RYAS-i (reaktiv yaylım atəş sistemi), 179 təyyarəsi, 154 helikopteri, 1557 nəqliyyat vasitəsi, 8 gəmi/kateri, 76 yanacaq çəni, 191 dronu, 28 xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi sıradan çıxarılıb.

T.İSMAYIL

2
Vumart və Güvən reklamı Vumart Güvən