Ukraynalı qaçqınların sayı 5,2 milyona çatdı

 04:17 25.04.2022     326

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı iki ay ərzində Ukraynadan qaçan sakinlərin sayının 5,2 milyona yaxınlaşdığını bildirib.

Redaktor.az xəbər verir ki, onlardan 3.4 milyonu ölkəni mart ayında tərk edib.

Qaçqınların xeyli hissəsi (2.9 milyon nəfər) Polşaya üz tutub.

Həmçinin, BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 7,7 milyondan çox insan Ukraynada məcburi köçkünə çevrilib.

Vumart və Güvən reklamı Vumart Güvən