Zelenski Makronu təbrik etdi

 09:07 25.04.2022     337

Ukrayna Prezidenti Volodimir Zelenski Emmanuel Makronu yenidən Fransa Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı "Twitter" hesabında yazıb.

"Fransa prezidenti və Ukraynanın əsl dostu Emmanuel Makronu seçkilərdə qələbəsi münasibətilə təbrik edirəm. Emmanuel Makrona Fransa xalqının rifahı naminə uğurlarının davamlı olmasını arzulayıram. Mən Fransanın dəstəyini yüksək qiymətləndirirəm və əminəm ki, yeni ümumi qələbələrə doğru birlikdə addımlayırıq! Güclü və vahid Avropaya", - deyə Zelenski bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən