Makrona qarşı etiraz aksiyaları başladı - VİDEO

 10:24 25.04.2022     332

Fransada prezident seçkilərinin nəticələrinə qarşı etiraz aksiyaları keçirilib.

Redaktor.az RİA Novosti-yə istinadən xəbər verir ki, Emmanuel Makronun yenidən ölkə Prezidenti seçilməsinə etiraz olaraq aksiyalar Paris, Tuluza, Nant, Monpelye şəhərlərində və digər ərazilərdə baş tutub.

Məlumata görə, Tuluzada təqribən 400 nəfər küçələrə toplaşıb və əllərində “Nə Makron, nə Le Pen” yazılı plakatlar daşıyıblar.

Parisdə isə polis və aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.

 

Vumart və Güvən reklamı Vumart Güvən