Ukraynanın bu bölgəsində bir neçə partlayış baş verdi

 12:00 25.04.2022     526

Bu gün səhər saatlarında Ukraynanın Vinnitsa regionu ərazisində bir neçə partlayış baş verib.

Redaktor.az “ukranews.com” saytına istinadən xəbər verir ki, bu barədə Vinnitsa regional hərbi administrasiyasının məlumatında qeyd olunub.

Məlumatda sakinlərdən təlaşa qapılmamaları və hadisə yerindən görüntülər paylaşmamaları xahiş edilib.

“Vinnitsa regionunda bir neçə partlayış səsi eşidilib. Təlaşa qapılmayın və hava hücumu sirenaları dayanana qədər sığınacaqları tərk etməyin. Biz həmçinin düşmənin xeyrinə işləyəcək fotolar, videolar və məlumatlar paylaşmamağınızı xahiş edirik”, - məlumatda qeyd olunub.

Vumart və Güvən reklamı Vumart Güvən