Rusiyanın Ukraynadakı itkiləri daha da artdı - 21900 hərbçi, 181 təyyarə...

 12:35 25.04.2022     507

Fevralın 24-dən bu günədək Ukraynada Rusiyanın 21900 hərbçisi məhv edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, indiyədək Rusiyanın 884 tankı, 2 258 zirehli döyüş maşını, 411 artilleriya sistemi, 149 RYAS-i (reaktiv yaylım atəş sistemi), 69 hava hücumundan müdafiə sistemi, 181 hərbi təyyarəsi, 154 helikopteri, 1 566 nəqliyyat vasitəsi, 8 gəmi/kateri, 76 yanacaq çəni, 201 dronu, 28 xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi zərəsizləşdirilib.

T.İSMAYIL

2
Vumart və Güvən reklamı Vumart Güvən