34 mindən çox terrorçu məhv edilib - Hulusi Akar açıqladı
Türkiyə ordusu ölkə hüdudlarından kənarda keçirilən əməliyatlarda bu günə qədər 34 mindən çox terrorçunu məhv edib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Nazir İraqın şimalında PKK terror təşkilatına qarşı keçirilən “Pəncə Kilid” əməliyyatının uğurla başa çatması ilə birlikdə sərhəd xəttini bağlayacaqlarını və terrorçuların sərhədlərə girməsinin mümkün olmayacağını bildirib.
“Əməliyyatımız planlaşdırıldığı kimi böyük uğurla davam edir. ‘Pəncə Kilid’ əməliyyatında indiyədək 56 terrorçu zərərsizləşdirilib” - deyən Hulusi Akarın sözlərinə görə, bu ilin əvvəlindən zərərsizləşdirilən terrorçuların sayı isə 1000-ə yaxınlaşıb.












