Rusiya Almaniyanın 40 diplomatını ölkədən qovdu
Almaniyanın Rusiyadakı səfiri Geza fon Qayr Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, səfirə Almaniyanı Rusiyadakı diplomatik müəssisələrinin ümumilikdə 40 əməkdaşının arzuolunmaz şəxs elan olunması barədə nota verilib.
Məlumata əsasən, Rusiya bu addımı Almaniya hökumətinin analoji addımına cavab olaraq atdığını açıqlayıb.












