Ukraynanın bu şəhəri də raket atəşinə tutuldu

 19:11 25.04.2022     421

Rusiya hərbçilərinin Vinnitsa bölgəsini atəşə tutması nəticəsində 5 nəfər həlak olub, 18 nəfər yaralanıb.

Redaktor.az UİAN-a istinadla xəbər verir ki, bu barədə Vinnitsa Regional Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, aprelin 25-də səhər saatlarında Rusiya Silahlı Qüvvələri Vinnitsa vilayətinin Jmerinka şəhəri və Kazatin şəhəri yaxınlığındakı nəqliyyat infrastrukturu obyektlərinə raket zərbələri endirib.

Hazırda ölənlərin və yaralananların dəqiq sayı müəyyənləşdirilir. Hadisə yerində müstəntiqlər, prokurorlar işləyir

Vumart və Güvən reklamı Vumart Güvən