Ruslar Donetskdə daha iki uşağı  ÖLDÜRDÜ

 22:18 25.04.2022     397

Bu gün Ukraynanın şərqində yerləşən Donetsk vilayətində Rusiya qoşunlarının hücumu nəticəsində 4 nəfər həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə vilayətin rəhbəri Pavlo Kirilenko bildirib.

O qeyd edib ki, ölənlərdən ikisi uşaqdır. Belə ki, onlardan biri 9 yaşlı qız, digəri 14 yaşlı oğlandır.

Rusiya tərəfi bu dəfə də mülki insanlara hücum edildiyini inkar edib.

Vumart və Güvən reklamı Vumart Güvən