Ruslar Xerson Şəhər Şurasının binasını ələ keçirdi

 23:00 25.04.2022     453

Rusiya hərbçiləri Ukraynan Xerson şəhərində şura binasına nəzarəti ələ keçirdilər. Bələdiyyənin əməkdaşları iş yerlərindən qovulublar.

Redaktor.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” məlumat yayıb.

Qeyd edilir ki, aprelin 25-də günortadan sonra Rusiya qoşunları Şəhər Şurasının binasına nəzarəti ələ alıblar. Onların tələbləri məlum deyil.

"Saat 16:30-da Rusiya hərbçiləri binaya daxil olub, bütün işçilərə çıxıb getmələrini dedilər. Binadan Ukrayna bayrağını götürüblər. İnsanlara heç bir izahat verilməyib. Binadan sonuncu olaraq mer İqor Kolıxayev çıxıb", - Şəhər Şurasının əməkdaşlarından biri deyib.

Vumart və Güvən reklamı Vumart Güvən