Çin ABŞ üçün ən böyük TƏHLÜKƏDİR

 02:21 26.04.2022     467

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey Çinin casusluq və kibertəhlükəsizlik təhdidlərinin həddindən artıq ciddi olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə "The Hill" nəşri yazıb.

"Əks-kəşfiyyat baxımından qarşılaşdığımız ən böyük təhlükə Çin Xalq Respublikasından və xüsusən də Çin Kommunist Partiyasından gəlir”, - Rey “60 Minutes”ə müsahibəsində deyib.

O, Çinin haker proqramının “digər ölkələrindən daha böyük” olduğunu qeyd edib:

“Onlar bizim yeniliklərimizi, ticarət sirlərimizi, əqli mülkiyyətimizi tarixdə görünməmiş miqyasda hədəfə alırlar”.

Vumart və Güvən reklamı Vumart Güvən