"931 yaşayış məntəqəsi işğaldan azad edilib" - Zelenski
"Hazırda 931 yaşayış məntəqəsi işğaldan azad edilib".
Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində bildirib.
"Bir çox şəhər və icmalar Rusiya ordusunun müvəqqəti nəzarəti altındadır, lakin şübhə etmirəm ki, bizim torpaqlarımızı azad etməyimiz zaman məsələsidir", - deyə dövlət başçısı vurğulayıb.












