Rusların Ukraynada öldürdüyü uşaqların son STATİSTİKASI

 09:54 26.04.2022     433

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində indiyədək 217 uşaq ölüb, 391 uşaq güllə və qəlpə yarası alıb.

Redaktor.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Müharibə başlayandan indiyədək xəsarət alan uşaqların ümumi sayı 608-ə çatıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb. Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin bombardmanı nəticəsində Ukraynanın şəhər və kəndlərində 1 508 təhsil müəssisəsinə ziyan dəyib, 102-si tamamilə dağılıb.