Ukrayna ordusu Zaporojyenin müdafiəsi üçün xüsusi hazırlıq aparır

 10:45 26.04.2022     2396

Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun şərqdə möhkəmlənmiş mövqelərini mühasirəyə götürməyə çalışır.

Redaktor.az pravda.com.ua-a istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında qeyd olunub.

Britaniya kəşfiyyatının məlumata əsasən, Rusiya ordusu şimaldan və şərqdən Slavyansk və Kramatorsk şəhərlərinə doğru irəliləməyə cəhd edir.

Eyni zamanda Kremennaya şəhərinin artıq işğal edildiyi və İzyum şəhərinin (Xarkov vilayəti) cənubunda şiddətli döyüşlərin getdiyi bildirilir.

Kəşfiyyat məlumatına əsasən, hazırda Ukrayna ordusu Zaporojye şəhərinin müdafiəsi üçün də xüsusi hazırlıq işləri aparır.