Rusiyanın Ukraynadakı itkiləri barədə yeni məlumat - 22100 hərbçi, 184 qırıcı...

 11:38 26.04.2022     388

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Feysbuk səhifəsində bildirilib.

Fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 918 tankı, 2308 zirehli döyüş maşını, 416 artilleriya sistemi, 149 reaktiv yaylım atəşi sistemi, 69 havadan müdafiə sistemi, 184 hərbi təyyarəsi, 154 helikopteri, 1643 avtomobil texnikası, 8 gəmi/kateri, 76 yanacaq çəni, 205 dronu, 4 OTRK/TRK/ mobil SRBM sistemi, 31 xüsusi avadanlığı məhv edilib.

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 22 100-ə yaxın canlı qüvvəsini itirdiyini bəyan edib.