Rusiya Ukraynanın 87 obyektini vurdu

 12:23 26.04.2022     114

Ötən gecə ərzində Rusiya aviasiyası Ukrayna qoşunlarının cəmləşdiyi 79 ərazini vurub və Ukraynanın 500-ə yaxın hərbi qulluqçusu məhv edilib.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

"Əməliyyat-taktiki və ordu aviasiyası Ukraynanın 87 hərbi obyektini vurub. Onların arasında canlı qüvvənin və Ukrayna hərbi texnikasının cəmləşdiyi 79 ərazi var", - deyə Rusiya MN sözçüsü vurğulayıb.

O, qeyd edib ki, “Donetsk Xalq Respublikası"nın Rubtsı qəsəbəsi ərazisində düşmənin 500-ə yaxın şəxsi heyəti, 59 zirehli texnikası, artilleriya qurğusu və texnikası, həmçinin Donbass millətçi birləşməsinin 60-dan çox silahlısı məhv edilib.

Bundan əlavə, Konaşenkov bildirib ki, Vesyoloye və Prişib rayonlarında Buk-M1 və Osa AKM zenit-raket komplekslərinin iki buraxılış qurğusu, həmçinin Novoselovka və Slavyansk qəsəbələri ərazilərində iki sursat anbarı məhv edilib.

"Rusiyanın hava hücumundan müdafiə sistemləri Novıy Mir, Oçeretino Mirnoye, Donetsk, Novolyubovka, Balakliya, Kazaçya Lopan yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus 13 pilotsuz uçuş aparatını vurub. Bundan başqa, "Buk-M1" zenit-raket kompleksi ilə Zaporojye vilayətinin Tokmak və Xarkov vilayətinin Svatovo qəsəbələri ərazilərində havada iki “Toçka-U” raketi vurulub.

Ötən gecə ərzində Rusiya hava kosmik Qüvvələrinin yüksək dəqiqlikli hava bazalı raketləri Ukraynanın 4 hərbi obyektini, o cümlədən düşmənin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi iki ərazini, həmçinin Xarkov vilayətinin Kurulka və Novaya Dmitrovka rayonlarında iki sursat anbarını vurub.

Barvenkovo ​​qəsəbəsi ərazisində Ukraynaya məxsus iki S-300 zenit-raket kompleksi, bir “Toçka-U” taktiki raket buraxılış qurğusu və elektron döyüş stansiyası məhv edilib. Bundan əlavə, Rusiya raket və artilleriya qoşunları Ukrayna ordusunun 37 komanda məntəqəsini, 114 dayaq məntəqəsini, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 983 ərazini, Ukrayna artilleriyasının 139 mövqeyini və 21 sursat anbarını vurub", deyə Rusiya MN sözçüsü vurğulayıb.