“Ukraynadakı müharibə yeni mərhələyə qədəm qoyub”

 13:03 26.04.2022     334

“Ukraynadakı müharibə yeni mərhələyə qədəm qoyub”.

Redaktor.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin NATO-nun Almaniyanın Ramşteyn aviabazasında keçirilən iclasında deyib.

“Tərəflər Ukraynanı müdafiə etməlidirlər. Biz Ukraynanın qalib gələcəyinə inanırıq”, - Pentaqon rəhbəri vurğulayıb.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Millinin sözlərinə görə, toplantının əsas məqsədi Kiyevə hərbi yardımın koordinasiyasıdır.