“Rusiya heç nəyə nail ola bilməyəcək” - Zelenski

 13:37 26.04.2022     363

“Rusiya Ukraynaya qarşı müharibədə heç nəyə nail olmayacaq”.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“İki ay ərzində onlar minlərlə raketdən istifadə etdilər. Saysız-hesabsız aviasiya bombaları, artilleriya mərmiləri atılıb. Təcavüz etdilər, oğurladılar, güllələdilər. Bizim torpaqlarımızı minaladılar. Dinc şəhər və kəndlərimizi cəhənnəmə çevirdilər. Ukrayna şəhər və icmalarının bir hissəsini yerlə yeksan etdilər. Ancaq heç nəyə nail olmadılar, ola bilməyəcəklər”, - deyə V.Zelenski bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən