Şimali Koreya nüvə silahı arsenalını genişləndirir

 14:11 26.04.2022     120

Şimali Koreya öz nüvə arsenalını artırmağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen In ölkənin Silahlı Qüvvələrinin yaradılmasının ildönümünə həsr olunan hərbi paradda çıxış edərkən danışıb.

Paradda, həmçinin qadağan olunmuş qitələrarası ballistik raketlər, hipersəs raketlərlə yanaşı, sualtı qayıqlardan buraxılan ballistik raketlər də nümayiş etdirilib.

Xatırladaq ki, cari ilin mart ayında Şimali Koreya 2017-ci ildən bəri ilk dəfə olaraq bilinən ən böyük qitələrarası ballistik raketləri sınaqdan keçirtmişdi.