Rusiya İsveç səfirliyinin əməkdaşlarını ölkədən çıxarır

 15:30 26.04.2022     135

Rusiya hökuməti İsveç səfirliyinin üç əməkdaşını “arzuolunmaz şəxs” elan edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Qurumun verdiyi açıqlamaya görə, bununla yanaşı, İsveç hökuməti tərəfindən Rusiya səfirliyinin üç əməkdaşının ölkədən çıxarılmasına və Ukraynaya hərbi yardım göstərilməsinə görə səfirə etiraz bildirilib.