Litva Rusiyanın 20 milyon avro vəsaitini dondurdu

Litva Ukraynada aparılan müharibəyə cavab olaraq Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar fonunda Rusiyanın 20 milyon avrodan çox, eləcə də yüz minlərlə rubl dəyərində aktivlərini dondurub.
Redaktor.az xəbər verir ki, bu barədə Maliyyə Cinayətlərinin Araşdırılması Xidmətinin məlumatında bildirilib.
“Avropa İttifaqının Litvada Rusiya və Belarusla bağlı tətbiq etdiyi maliyyə sanksiyaları səbəbindən dondurulmuş vəsaitlərin ümumi məbləği 20,278 milyon avro, 3,419 milyon ABŞ dolları və 546 min Rusiya rublundan çoxdur”, - agentliyin saytında yerləşdirilən məlumatda deyilir.
Qeyd olunur ki, Litvada yeddi rusiyalı hüquqi və fiziki şəxsə qarşı sanksiyalar tətbiq edilir. Bura “Yeni adamlar” fraksiyasının lideri Aleksey Neçayev, “Severstal”ın həmsahibi Aleksey Mordaşov, iş adamı Andrey Melniçenko, Nəqliyyat Nazirliyinin rəhbəri Vitali Savelyev, Nəqliyyat Nazirliyinin rəhbəri Vitali Savelyev, "Rosneft"in rəhbəri İqor Seçin də daxildir.