Putin və Ərdoğan razılaşdı

 17:01 26.04.2022     333

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığının mövzusu məlum olub.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Prezidenti Vladimir Putin Ərdoğana bildirib ki, Mariopul şəhəri "azad edilib" və orada hərbi əməliyyatlar aparılır. Kiyev bundan sonra siyasi məsuliyyəti öz üzərinə götürməlidir. Liderlər bundan başqa Türkiyə gəmilərinin Rusiya tərəfinin təşkil etdiyi dəniz humanitar dəhlizi boyunca Qara dənizdəki limanlardan təhlükəsiz şəkildə çıxması üçün iki ölkənin müdafiə nazirlikləri arasında koordinasiyanı davam etdirməyə razılaşıblar”,- deyə məlumatda qeyd olunub.

Vumart və Güvən reklamı Vumart Güvən