“Ukrayna bizə cavab vermir” - Lavrov

 17:44 26.04.2022     402

Ukrayna Rusiyanın atəşkəs müqaviləsi ilə bağlı təqdim etdiyi təkliflərə tezliklə cavab verməlidir.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Danışıqlarda ciddi əhval-ruhiyyədən danışırıqsa, on gündən artıqdır ki, biz onlardan cavab gözləyirik. Prezident Volodimir Zelenski təkliflərimizə tez cavab versə, daha yaxşı olar”, - Lavrov BMT-nin baş katibi Antonio Quterreşlə danışıqlardan sonra keçirilən mətbuat konfransında vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Ukraynaya atəşkəslə bağlı təkliflər göndərdiyini bəyan edib. 

Vumart və Güvən reklamı Vumart Güvən