Niderland ruslara viza verməyəcək

 18:01 26.04.2022     247

Niderland aprelin 27-dən etibarən rusiyalılara qısamüddətlik səfərlər üçün viza verilməsini dayandırır.

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qərarı Niderland Xarici İşlər Nazirliyi verib.

Bildirilir ki, Rusiyanın Niderland səfirliyinin konsulluq bölməsinin əməkdaşlarını “arzuolunmaz şəxs” elan etməsindən sonra ölkə belə bir qərara gəlib.

Qeyd edək ki, Rusiya XİN aprelin 19-u Niderlandın Moskvadakı səfirliyinin 14 əməkdaşını və ölkənin Sankt-Peterburqdakı baş konsulluğunun 1 əməkdaşını “arzuolunmaz şəxs” elan edib. Həmin şəxslərə Rusiyanı tərk etmək üçün 14 gün vaxt verilib. Niderland martın 29-u 27 rusiyalı diplomatı ölkədən çıxarmaq barədə qərar verdikdən sonra Rusiya analoji addım atmışdı.