“Rusiya-Ukrayna dostluğu” abidəsi sökülür

 20:07 26.04.2022     966

Kiyevdə “Rusiya-Ukrayna dostluğu” abidəsinin sökülməsinə başlanılıb.

Redaktor.az CNN-ə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko məlumat verib.

“Bu gün söküntü işlərinə başlanılıb və biz bunu bu gecə bitirməyi planlaşdırırıq. Biz 1982-ci ildə Ukrayna paytaxtının mərkəzində quraşdırılmış iki fəhlənin bronz abidəsini ləğv edirik. Rusiya bizim dövlətimizi və dinc ukraynalıları məhv etmək kimi barbar bir arzu nümayiş etdirib”, - Kliçko bildirib.