Rusiya Londonu və Kiyevi hədələdi - VURACAĞIQ

 20:47 26.04.2022     811

Londonun Kiyevi Rusiyadakı obyektlərə zərbə endirmək üçün birbaşa təxribata çəkməyi dərhal proporsional reaksiyaya səbəb olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri Kiyevdəki müvafiq qərar qəbuletmə mərkəzlərinə yüksək dəqiqlikli silahlarla cavab zərbələri endirmək üçün gecə-gündüz hazır vəziyyətdədir.