Kamala Harris koronavirusa YOLUXDU

 21:20 26.04.2022     447

ABŞ-ın vitse-prezidenti Kamala Harrisin koronavirus testinin cavabı müsbət çıxıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə “Associated Press” (AP) Ağ Evə istinadən xəbər verir.

Qeyd olunub ki, o xəstəliyi yüngül forma keçirir. Ağ Ev qeyd edib ki, son günlərdə nə ABŞ prezidenti Cozef Bayden, nə də həyat yoldaşı Kamala Harrislə birbaşa əlaqə qurmayıb.

ABŞ-ın vitse-prezidenti özünü təcrid edərək uzaqdan işləməyə davam edəcək.