İsrail Baş naziri ölümlə HƏDƏLƏNDİ

 23:24 26.04.2022     712

İsrail Baş naziri Naftali Bennetin evinə mərmi gilizinin olduğu təhdid məktubu göndərilib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail İctimai Yayım Korporasiyası (KAN) məlumat yayıb.

Məktub Bennettin Raanana şəhərindəki evinə göndərilib.

İsrail polisi və Daxili Təhlükəsizlik Təşkilatı Şin-Bet (Şabak) sözügedən məktubun mənbəyini tapmaq üçün araşdırmalara başlayıb.

İbranidilli “Walla News” xəbər saytı hadisədən sonra Bennet ailəsi üçün mühafizə və təhlükəsizlik tədbirlərinin artırıldığını qeyd edib.