“Ruslar 400-ə yaxın ukraynalı azyaşlını zorlayıblar” - Ukrayna Ombudsmanı

 00:15 27.04.2022     1167

Ukraynanın insan hüquqları üzrə müvəkkili Lyudmila Denisova ölkənin İctimai televiziyasına müsahibəsində müharibənin dəhşətli reallıqları barədə danışıb.

Redaktor.az xəbər verir ki, o, yerli sakinlərin Ombudsman Aparatına müraciətləri barədə məlumat verib.

Denisovanın sözlərinə görə, indiyədək 400-ə yaxın ukraynalı azyaşlı və ya yetkin şəxslərin rusiyalı hərbçilər tərəfindən zorlanması faktı üzrə müraciət edib.

Bununla yanaşı, müraciətlər əsasən ukraynalıların öz doğma yerlərindən zorla çıxarılması, xüsusi düşərgələrdə saxlanılması, Mariupoldakı krematoriyada baş verənlər, yetim uşaqların ölkədən qaçırılması ilə bağlı olub.