İstanbulda terror aktı törədən şəxs saxlanıldı

 03:39 27.04.2022     1546

Türkiyə Gənclik Vəqfinin (TÜGVA) İstanbulun Qaziosmanpaşa rayonundakı nümayəndəliyi qarşısında partlayıcı qurğu yerləşdirən şəxs saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu sosial media hesabında açıqlama yayıb.

Bildirilib ki, terrorçu Türkiyə polisi tərəfindən aparılan əməliyyat nəticəsində ələ keçirilib.

Xatırladaq ki, partlayış aprelin 21-də Türkiyə Gənclik Vəqfinin (TÜGVA) İstanbulun Qaziosmanpaşa rayonunda yerləşən nümayəndəliyində baş verib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Daha bir terror aktı isə aprelin 20-də Türkiyənin Bursa vilayətində həbsxana gözətçilərinin xidməti maşınının keçidi zamanı törədilib. Hadisə nəticəsində bir nəfər həlak olub.

İstanbuldakı partlayışda boru tipli akkumulyator qurğusu ilə işləyən bomba, Bursada isə əldə düzəldilən, uzaqdan idarə olunan partlayıcı vasitələrdən istifadə olunub.