Rusiyanın bu şəhərində partlayışlar oldu, təyyarələr havaya qalxdı

 09:00 27.04.2022     801

Voronejin Şilovo mikrorayonunda 2 partlayış baş verib.

Redaktor.az-ın məlumatına görə, bu barədə TASS-a şəhərin fövqəladə hallar xidməti məlumat verib.

“Şilovo mikrorayonunda 2 parlayış səsi eşidilib. əməliyyat qrupu hadisə yerindədir. Təhqiqatçılar bir azdan gələcək” – deyə məlumatda qeyd olunur.

Sosial şəbəkə istifadəçiləri yazırlar ki, bir neçə saat əvvəl HHM sistemi işə düşüb, təyyarələr 2 dəfə havaya qalxıb.

Qeyd edək ki, partlayış səsi eşidilən ərazi hərbi aerodroma yaxındır. Buradan Ukrayna sərhədinə 300 kilometr məsafə var.