Rusiyada silah anbarı YANIR

Rusiyanın Belqorod vilayətində silah-sursat anbarı yanır.
Redaktor.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında məlumat yayıb.
Hadisə vilayətin Staraya Nelidovka kəndi yaxınlığında baş verib. Onun sözlərinə görə, yanğın zamanı ölən olmayıb. Hazırda yanğının qarşısını almaq üçün tədbirlər görülür. Hadisənin səbəbləri hələlik məlum deyil.