“İstanbul Boğazından döyüş gəmisi keçməyib”

 12:07 27.04.2022     119

“Ukrayna-Rusiya müharibəsi başlayandan Türkiyə “Montrö” konvensiyası çərçivəsində İstanbul Boğazından hər hansı bir şəkildə döyüş gəmilərinin keçməməsini bütün tərəflərə bildirib”.

Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, indiyə qədər boğazdan hər hansı şəkildə döyüş gəmisi keçməyib.