Hulusi Akar Qara dənizdə tapılan minalar barədə açıqlama verdi

 12:17 27.04.2022     136

“Qara dənizdə indiyə qədər üç mina təhlükəsiz bir şəkildə zərərsizləşdirilib”.

Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Türkiyənin minatəmizləmə gəmiləri, helikopterləri, dəniz patrul təyyarələri hazır vəziyyətə gətirilib: “Hazırda İstanbul Boğazını yaxından izləyirik, giriş-çıxışa nəzarət edirik”.