Çinin müdafiə naziri İrana səfər etdi

Çinin müdafiə naziri İrana səfər edib.
Redaktor.az tehrantimes-a istinadən xəbər verir ki, Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, Çinin milli müdafiə naziri, general-polkovnik Vey Fenxe bu gün səhər Tehrana səfər edib.
O, səfər çərçivəsində İran rəsmiləri ilə regional, beynəlxalq məsələləri və ikitərəfli əlaqələrin inkişafı haqqında danışıqlar aparacaq.