Ərdoğan BMT Baş katibi ilə danışdı

 13:04 27.04.2022     198

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Baş katib Rusiya Prezidenti Vladimir Putinlə görüş barədə Ərdoğanı məlumatlandırıb.