İtaliya “Lukoyl”a məxsus neft emal zavodunu milliləşdirmək istəyir

 14:44 27.04.2022     299

İtaliya “Lukoyl” şirkətinə məxsus “ISAB” neft emalı zavodunun müvəqqəti olaraq milliləşdirilməsi ehtimalını nəzərdən keçirir.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Reuters” agentliyi yayıb.

Mənbələrdən birinin verdiyi məlumata görə, bu barədə məsələ aprelin 28-i ölkənin Nazirlər Kabinetinin iclasında qaldırıla bilər.

Bildirilir ki, “ISAB” İtaliyada gücünə görə nəhəng neft emalı zavodudur. Əvvəllər zavodun tələbatının təqribən 30-40 faizini Rusiyadan olan xammal təmin edirdi, qalan hissə isə beynəlxalq bazarlardan gətirilirdi. Lakin Ukraynada hərbi əməliyyat başladıqdan sonda zavod demək olar ki, neftin hamısını “Lukoyl” şirkətindən almalı olub. Belə ki, banklar artıq onu kreditləşdirmək istəməyib.

Qeyd edək ki, Siciliyada yerləşən sözügedən neft emalı zavodunda təqribən min nəfər çalışır. Zavod İsveçrənin “Litasco” şirkətinə məxsusdur ki, bu şirkət də öz növbəsində “Lukoyl” tərəfindən idarə olunur.

Vumart və Güvən reklamı Vumart Güvən