Rusiya 300-ə yaxın ingilis deputata sanksiya tətbiq etdi

 15:40 27.04.2022     226

Rusiya Böyük Britaniyanın İcmalar Palatasının 287 üzvünə sanksiya tətbiq edib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Böyük Britaniyanın Baş naziri Boris Conson, xarici işlər naziri Liz Truss və müdafiə naziri Ben Uolles də daxil olmaqla, 13 yüksək vəzifəli şəxsə sanksiya tətbiq olunub.

"Bu addım Londonun ölkəmizə nəzarət etməyə cəhd göstərməsinə və milli iqtisadiyyatımızı boğmaq üçün şərait yaratmasına, Rusiyanın beynəlxalq təcridinə yönəlmiş cilovsuz informasiya və siyasi kampaniyasına cavab olaraq atılıb”, - deyə XİN bəyan edib.